Latest News

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir

ChicagoAzerbaijan

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir. Tədbirdə insan hüquqları sahəsində tanınmış hüquqşünaslar, tələbələr, azərbaycan və yəhudi icmasının üzvləri iştirak etmişdir.

Tədbirin təşkilatçısı Loyola Universitetinin hüquq elmləri üzrə magistri Mehriban Məmmədova iştirakçılara Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişə kontekstində insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayət-Xocalı soyqırımı barəsində geniş məlumat vermişdir. Hazırda “Xocalıya ədalət” kampaniyası çərçivəsində erməni yalanlarının ifşa edildiyini və 26 fevral hadisələrinə doğru hüquqi qiymətin verilməsi istiqamətində işlərin aparıldığını bildirmişdir. Hazırda Avropa və Latın Amerikası ölkələri ilə yanaşı, ABŞ-da da yerli qanunvericilik orqanları səviyyəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı, bu xüsusda son iki ayda Nyu Meksiko və Arkanzas ştatlarında bu barədə qətnamələrin qəbul olunduğunu diqqətə çatdırmışdır.

Tədbirdə çıxış edən amerikalı hüquqşünas Judith Montalvo təqdimatla çıxış edərək, faktlar əsasında erməni vəhşiliklərinin hüquqi baxımdan “soyqırımı” anlayışına uyğunluğu bildirmişdir.

Tədbirin sonunda fleytada ifa olunan həzin musiqi fonunda Xocalı faciəsi qurbanlarının məruz qaldığı amansız rəftarın, eləcə əcnəbi jurnalist-müxbirlərin faciə ilə bağlı məqalələrinin əks olunduğu foto-sərgi nümayiş etdirilmişdir.

http://news.day.az/politics/386873.html

News from http://www.day.az

1 Comment on ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə anım tədbiri keçirilmişdir

Leave a reply to azeriamerica Cancel reply