Latest News

Kanadada Azərbaycan mətbəxindən nümunələr təqdim olunub

Kanadada Azərbaycan mətbəxindən nümunələr təqdim olunub.

Kanadanın Alberta əyalətinin Baş naziri Daniyela Smitin (Daniella Smith) dəvəti ilə Alberta əyalətində fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Livan, Misir, Pakistan icmasının nümayəndələri Kalqari şəhərində iftar süfrəsində bir araya gəliblər. Tədbirdə Azərbaycan icmasını Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ALACS) təmsil edib. ALACS iftar mərasiminin qonaqlarına Azərbaycan və türk mətbəxinə xas olan ləziz təamlar, şirniyyatlar, kəklikotu çayı təqdim edib. ALACS-ın bu təşəbbüsü qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment