Latest News

Kanadada yaşayan gənc cüdoçumuz növbəti uğurlar əldə edib

Kanadanın Alberta əyalətində yaşayan soydaşımız Emiliya Əliyeva cüdo üzrə Edmonton və Regina şəhərlərində keçirilən Elit Milli Çempionatında və Recayna (Regina) şəhərində Saskaçevan Açıq Turnirində növbəti uğurlarını qazanıb.

Onun atası və məşqçisi Vəsfi Əliyev bildirib ki, “Hiro’s Judo Club”un təmsilçisi olan Emiliya Əliyeva 70 kq çəki kateqoriyasında U16 yaş qrupuna mənsub olsa da, U18 yaş qrupunda – ən yaxşı 8 atlet arasında 3-cü yerə çıxıb. Bürünc medal qazanmış gənc atletin nümayiş etdirdiyi fənd Elit Milli Çempionatının ən yaxşı texniki fəndi hesab edilib. 

Saskaçevan Açıq Turnirində isə Emiliya öz yaş qrupunda birinci yerə çıxaraq qızıl medal qazanıb.

Qeyd edək ki, Emiliya Əliyeva 6 yaşından cüdo ilə məşğul olur. Hazırda Emiliya Kanadanın 8 ən yaxşı cüdoçu qızları arasında 4-cü yeri tutur. Gənc soydaşımız 2022–2023-cü ilin nəticələrinə görə Alberta əyalətinin cüdo üzrə gənc və ümidverici idmançısı seçilib.

Diasporla İş üzrə Dövlət Komitəsi gənc Emiliya Əliyevanı və valideynlərini növbəti qələbə münasibətilə təbrik edir, idman karyerasında və təhsilində davamlı uğurlar arzulayır.

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment