Latest News

Kanada azərbaycanlıları birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir

Dünya azərbaycanlılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrikləri davam edir.

Kanadanın Britaniya Kolumbiyası əyalətində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Təranə Novruzovanın təbrik məktubunda dövlətimizin başçısına xoş arzular ifadə edilib və onun fəaliyyəti dəstəklənib: “Cəmiyyətimizin üzvləri adından Sizi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlıgı, işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Biz Azərbaycandan uzaqda olsaq da, ürəyimiz hər zaman Azərbaycanla döyünür. Doğma vətənimizin dünya miqyasında tanıdılması, maraqlarının müdafiəsi istiqamətində heç nəyi əsirgəmədən daim çalışırıq. Vankuver şəhərində Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün təşkil edilmiş dəstək yürüşlərini, tədbirləri, sosial media şəbəkələrində erməni diasporunun yalanlarının ifşa edilməsi ilə bağlı fəaliyyəti buna bariz nümunə kimi göstərmək olar”.

Cəmiyyət sədri nəzərə çatdırıb ki, Kanadanın Britaniya Kolumbiyası əyalətində yaşayan Azərbaycan icması birmənalı olaraq 7 fevral 2024-cü il tarixli növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyir: “Biz inanırıq ki, Sizin rəhbərliyinizlə Azərbaycan dünya səhnəsində əsas oyunçulardan biri kimi daha çox nailiyyətlərə imza atacaq. Əminik ki, Sizin rəhbərliyiniz  Azərbaycanın hər bir bölgəsinə firavanlıq gətirəcək və Azərbaycan ən güclü ölkələrdən biri kimi parlayacaq. Cənab Prezident, mən bir daha cəmiyyətinin rəhbəri olaraq bütün üzvlərimiz adından Sizə və Azərbaycanımızın uğrunda öz canından, qanından keçən hər bir soydaşımıza dərin minnətdarlığımı bildirirəm”.

Kanadanın paytaxtı Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin baş təlimatçısı Vüsalə Əhmədovanın adından dövlət başçımıza ünvanlanan təbrik məktubunda xalqımıza və dünya azərbaycanlılarına böyük qələbə sevinci yaşadan Ali Baş Komandana və qəhrəman hərbçilərimizə minnətdarlıq ifadə edilib. O, növbədənkənar prezident sseçkilərində dövlət başçımıza qələbə qazanmağı arzulayıb: “Biz, qürbətdə yaşayan azərbaycanlılar Sizin apardığınız siyasətə dəstək olmaq üçün həmrəylik göstərməyi özümüzə borc bilirik. Qoy, qarşıdan gələn seçkilər Sizin qələbənizlə yadda qalsın! Siz başda olmaqla bütün Azərbaycansevərlərin kollektiv səyləri dövlətimizi və xalqımızı daha böyük zirvələrə və qələbələrə doğru aparsın! Coğrafi hüdudlarından asılı olmayaraq, Sizinlə xalq arasındakı bağ qırılmaz olaraq qalsın, tərəqqi və rifahı təmin etsin!”

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment