Latest News

Cənubi Florida Universitetində Azərbaycan bayrağı ucaldılıb

Cənubi Florida Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Assosiasiyasının təşəbbüsü ilə Azərbaycan Bayrağı qaldırılıb.

Universitetin Mühəndislər Kollecinin vestibülündə keçirilən 152-ci bayraqqaldırma mərasimi Azərbaycana həsr olunub. Bu guşədə Yaponiya, Koreya, Almaniya, Böyük Britaniya, Braziliya və digər ölkələrin bayraqları asılıb.

Universitet tələbələri Vaqif Əsədov və Vaqif Məmmədov bildiriblər ki, bu əlamətdar hadisəyə görə qürur duyurlar. “Bu, dünyanın ən gözəl hissidir. İnsanlara ölkəmizi öyrənməyə kömək etmək dünyada ən gözəl hissdir”, – deyə Vaqif Əsədov vurğulayıb.

Universitetin Mühəndislər fakültəsinin dekan müavini Bernard Betson bildirib ki, məqsədləri kollecin qonaqpərvər yer olduğunu nümayiş etdirməkdir.

Bu hadisə yerli media tərəfindən geniş işqlandırılıb. Mediaya müsahibəsində Vaqif Əsədov ölkəmiz və bayrağımız barədə ətraflı məlumat verib. 

Qeyd edək ki, Universitetdə təhsil alan 50 min tələbə arasında 43 azərbaycanlı tələbə var.

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment