Torontoda azərbaycanlı cüdoçu atası ilə birlikdə qızıl medal qazanıb
Kanadanın Alberta əyalətində yaşayan gənc soydaşımız Emiliya Əliyeva Toronto şəhərində 21-22 oktyabr 2023-cü il tarixində keçirilən “Hatashita 2023 Ontario Open Judo Championships” yarışında U-16 yaş divizionunda parlaq qələbə qazanıb.
“Hiro’s Judo Club”un təmsilçisi olan və 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı 4 rəqibinə qalib gələrək I yeri tutub. Fəxri pyedestalın ən yüksək pilləsinə ucalan soydaşımıza qızıl medal təqdim olunub.
Qeyd edək ki, Emiliya Əliyeva yarışın U-18 yaş divizionunda da gücünü sınayıb. Bu kateqoriyada III yeri tutaraq bürünc medal qazanıb.
Onun atası və məşqçisi Vəsfi Əliyev isə turnirin “Veteran Ağırçəkili Divizionu” kateqoriyasında I yeri tutaraq qızıl medala yiyələnib.
Xatırladaq ki, Emiliya Əliyeva 6 yaşından cüdo ilə məşğul olur. U-16 yaş qrupuna mənsub olsa da, U18 yaş qrupunda, özündən 3 yaş böyük cüdoçularla güləşir. O, U-18 yaş kateqoriyasında və 70 kq çəki dərəcəsində Kanadanın 8 ən yaxşı cüdoçu qızlarından biri hesab olunur.
Diasporla İş üzrə Dövlət Komitəsi gəncimizi və atasını bu parlaq nəticələr münasibətilə təbrik edir, idmançı karyerasında davamlı uğurlar əldə etməyi arzulayır.
AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN
Leave a comment