Latest News

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən “A-Level Education Group”un rəhbəri Ayan Əliyevanı qəbul edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-da fəaliyyət göstərən “A-Level Education Group”un rəhbəri Ayan Əliyevanı qəbul edib.

Qonağı salamlayan Komitə sədri xaricdə yaşayan soydaşlarımızın elm və təhsil sahəsində uğurlar qazanmasını yüksək qiymətləndirib. Komitənin dəstəyi ilə Azərbaycan evlərinin, Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət göstərdiyi barədə ətraflı danışıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayında doğma dilimizin öyrənilməsini əsas prioritet istiqamətlərdən biri kimi tövsiyə etdiyini xatırladıb.      

Sonra Azərbaycan diasporunun ABŞ-da fəaliyyəti, təhsil sahəsinin ABŞ-da yaşayan soydaşlarımızın həyatında rolu, gənclərimizin təhsil almasına “A-Level Education Group”un dəstəyi, doğma dilimizin və milli kimliyimizin unudulmaması məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib.

Görüş gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Qeyd edək ki, “A-Level Education Group”un rəhbəri Ayan Əliyeva həm də “A-Level US Medical Externship” təşkilatının təsisçisi və “Azerbaijani Association LLC” təşkilatının həmtəsisçisidir.

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment