Toronto şəhərində yaşayan Azərbaycan icması 28 May Respublika günü münasibətilə bayraq ucaltma tədbiri kecirmişdir
2015-ci il may ayının 24-də Kanadanın Ontario əyalətinin Toronto şəhərində yaşayan Azərbaycan icması 28 May Respublika günü münasibətilə bayraq ucaltma tədbiri kecirmişdir. Tədbir Toronto şəhər bələdiyyəsinin qarşısında yerləşən Nathans Philips Meydanında baş tutmuşdur.
Tədbirə toplaşanlar əvvəlcə mayın 19-da Bakı şəhərində baş vermiş yanğın nəticəsində həlak olmuşların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Yanğında həlak olanların ailələrinə başsağlığı vermiş və müraciət yaymışlar.
Sonra tədbir iştirakçıları Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması tarixindən, Cumhuriyyətin yaradıcılarının – M.Ə. Rəsulzadə, Ə. Topçubaşov, F. Xoyski və
N. Yusifbəylinin xidmətlərindən məlumat verilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin keçdiyi çətin sınaqlar barədə tədbir iştirakçılarına məlumat çatdırıldı. Sonra Azərbaycan Xalq Cumhuriyyətinin və onun hüquqi varisi olan Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılmışdır. Azərbaycanın və Kanadanın himnləri səslənmişdir.
Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi, Türk cəmiyyətinin Kanadadakı rəhbəri Cenk Sayın, Toronto seşkili orqanı olan Toronto Məktəblər Şurasının üzvü Ken Lister tədbir iştirakçılarına öz təbriklərini çatdırdı və icmaya fəaliyyətində uğurlar arzuladılar.
Tədbir Azərbaycanın görkəmli bəstəkarlarının musiqi kompozisiyalarının müşayiətilə keçirildi və sonda xatirə şəkli çəkildi.













Leave a comment