Latest News

Kanada Azərbaycan Evi zəngin mədəni irsimizi yaşadır

2023-cü ilin aprel ayının 5-dən Kanadanın Toronto şəhərində fəaliyyətə başlayan Azərbaycan Evi artıq üç ildir ki, ölkəmizin zəngin mədəni irsini, adət-ənənələrini, qədim tarixini və milli dəyərlərini yaşadır. Azərbaycan mədəniyyətinin tanıdılmasında əvəzsiz rol oynayır, soydaşlarımız arasında həmrəylik və qırılmaz bağlar yaradır.

Soydaşlarımız Azərbaycan Evində milli bayramlarımızı və ölkəmiz üçün əlamətdar günləri böyük coşqu ilə qeyd edir, müxtəlif tədbirlər vasitəsilə birliklərini göstərirlər. Tədbirlərdə yalnız Kanadadakı soydaşlarımız deyil, həm də Azərbaycana dost olan icmaların üzvləri, rəsmi şəxslər və yerli ictimaiyyət iştirak edir. Bu, Azərbaycan Evinin ölkəmizə yeni dostlar qazandırmaq baxımından da əhəmiyyətini ifadə edir.

Evin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbi isə ana dilimizin öyrədilməsi və yeni nəsillər arasında Azərbaycan mədəniyyətinin təbliği üçün xüsusi rol oynayır. Burada şagirdlər dərslər vasitəsilə milli adət-ənənələrimiz, musiqimiz və tariximizlə tanış olur, vətənpərvərlik ruhunda böyüyürlər.

Qeyd edək ki, bu gün dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət göstərir və hər bir evdə həftəsonu Azərbaycan məktəbi açılıb. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki bütün həftəsonu Azərbaycan məktəblərini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir.

Source: AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment