Azərbaycan əsilli amerikalı musiqiçi Ceyran Həsənin həmtəsisçisi olduğu “Nəfəs” ansamblının ABŞ daxilindəki qastrol səfəri uğurla yekunlaşıb
“Nəfəs” ansamblının qastrolu başa çatıb.
Azərbaycan əsilli amerikalı musiqiçi, fleyta ifaçısı Dr. Ceyran Həsənin həmtəsisçisi olduğu “Nəfəs” ansamblının ABŞ daxilindəki qastrol səfəri uğurla yekunlaşıb.
Qastrol çərçivəsində ansambl ABŞ-nin Cənubi Karolina, Cənubi Çarlston Universitetlərində, eləcə də Çapel Hill və Qrinsboro Şimali Karolina Universitetlərində konsertlər verib, ustad dərsləri keçib. Konsertlərdə klassik azərbaycanlı və xarici bəstəkarların yaradıcılığından nümunələr ilə yanaşı Rəhilə Həsənovanın fleyta üçün yazdığı “Ötən xatirələr”, Elnarə Dadaşovanın isə iki fleyta və fortepiano üçün bəstələdiyi “Səda” əsərləri də səsləndirilib. Hər iki kompozisiya tamaşaçıların böyük marağı ilə qarşılanıb.
Məlumat üçün bildirək ki, “Nəfəs” Azərbaycan, Türkiyə və İran musiqisini təbliğ edən fleyta kamera ansamblıdır. Ansambl 2025-ci ilin may ayında Yuta Dövlət Universitetinin professoru dr.Ceyran Həsən (Azərbaycan), Tennessi Texnologiya Universitetinin professoru, fleyta ifaçısı Gözde Çakır-Ramsey (Türkiyə) və Şimali Karolina Universitetinin professoru Kelariz Keşəvərz (İran) tərəfindən təsis olunub. Ansamblın əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan musiqisini beynəlxalq konsert məkanlarında daha geniş tanıtmaqdır. Bu məqsədlə dr.Ceyran Həsən hazırda həyatda olan azərbaycanlı qadın bəstəkarların yaradıcılığından ibarət albom üzərində çalışır.
Source: AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN
Source: AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN
Leave a comment