Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşən Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan anım tədbiri keçirilib.
Kanadanın Ontario əyalətinin Toronto şəhərində yerləşən Azərbaycan Evində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunan anım tədbiri keçirilib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sovet imperializminə qarşı mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım mərasimində 1990-cı il yanvarın 19-dan 20-nə keçən faciəli gecədə baş verən hadisələr bir daha xatırlanıb, iştirakçılar həmin günə dair təəssüratlarını bölüşüblər. Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Vüsal Süleymanov və Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən danışıblar. Onlar bu günün təkcə hüzn deyil, eyni zamanda milli qürur və xalqımızın azadlığa gedən yolunun başlanğıcı olduğunu vurğulayıblar.
Tədbirdə Torontoda yaşayan Azərbaycan icmasının üzvləri Solmaz Kazımova və Qardaşxan Əzizov vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri isə xüsusi çıxışları ilə 20 Yanvar gecəsində şəhid olanların əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Source: AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN
Leave a comment