Latest News

Meyn ştatında yaşayan Azərbaycan diasporunun gənc fəalı Cəmilə Əhmədova Con Lyuis adına Gənc Liderlik Mükafatına layiq görülüb

Meyn ştatında soydaşımıza Gənc Liderlik Mükafatı təqdim edilib.

Dövlət Katiblərinin Milli Assosiasiyası (National Association of Secretaries of State – NASS) tərəfindən 2021-ci ildə konqresmen Con Lyuisin şərəfinə təsis edilmiş mükafat hər il öz ştatlarında fəaliyyət göstərən istedadlı, vətəndaş düşüncəli və yaşı 25-dən yuxarı olmayan NASS üzvlərinə təqdim edilir.

Mükafata namizədliyi irəli sürülən Cəmilə Əhmədova Portlenddə yerləşən “Hope Acts” qeyri-kommersiya təşkilatında təcrübə keçərək, il ərzində sığınacaq axtaranlara və qaçqınlara xidmət göstərmək, onların yerli cəmiyyətə inteqrsiyası, öz icmasındakı insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün fəal işləyib. Eyni zamanda Meyn Azərbaycanlıları Cəmiyyəti vasitəsilə mədəniyyətlər arasında körpü yaradılması və hamı üçün təhsil imkanlarının təmin edilməsi istiqamətində çalışıb.

Qeyd edək ki, Cəmilə Əhmədova bundan öncə Meyn Təhsil Departamentinin Tələbə Kabinetinə üzv seçilməsi, 2021-ci ildə Portlendin “Monument” meydanında Xocalı soyqrımı ilə bağlı anım tədbirində cəsarətli çıxışı ilə yadda qalıb. Onun atası Tərlan Əhmədov Meyn Azərbaycanlıları Cəmiyyətinin rəhbəridir.

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment