Latest News

ABŞ-ın Meyn ştatının Lyuston şəhərində “Dünyanın hər yerindən orqan musiqisi: Dr. Cəmilə Cavadova-Şpitsberqin performansı” adı solo konsert keçirilib.

ABŞ-ın Meyn ştatının Lyuston şəhərində “Dünyanın hər yerindən orqan musiqisi: Dr. Cəmilə Cavadova-Şpitsberqin performansı” adı solo konsert keçirilib.

Meyn Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə müqəddəs Pyotr və Pavel məbədində baş tutan konsertdə Lyuston meri Karl L.Şelin, müxtəlif dövlət qurumlarının rəsmi şəxsləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Konsertdə Avropa və Azərbaycan bəstəkarlarının, o cümlədən Qara Qarayev, Vasif Adıgözəlov və Aqşin Əlizadənin əsərləri ifa olunub.

Texasda fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri, peşəkar orqan ifaçısı Cəmilə Cavadova-Şbitsberqin çıxışını böyük maraq və rəğbətlə qarşılayan tamaşaçılar konsertdən sonra Azərbaycanın zəngin musiqi sənəti ilə bağlı fikirlərini bölüşüblər.

Tanınmış teleprodüser, operator və rejissor Recinald Groff şəxsi “Facebook” səhifəsində konserti “epik gecə” adlandırıb və bu konsertin gerçəkləşdirilməsinə görə Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədova təşəkkür edib.

“Biz bütün Meyn sakinləri arasında mədəniyyətlərarası mübadiləni təşviq etmək və icmamızın müxtəlifliyini qeyd etmək missiyamızı yerinə yetirməkdən, Dr.Cavadova-Spitzberqin gözəl ifasını təqdim etməkdən məmnunluq duyuruq”, – deyə Tərlan Əhmədov bildirib.

Qeyd edək ki, Azərbaycanla ABŞ arasında “klassik musiqi körpüləri” yaratmaq məqsədilə Azərbaycan-Amerika Musiqi Fondunu təsis edən musiqiçi indiyədək Vaşinqton Milli Kafedralında, İngiltərə, Fransa, Almaniya, Danimarka, Hollandiya və MDB ölkələrində solo konsertlərlə çıxış edib. O, eyni zamanda Texas ştatının Arlinqton şəhərindəki Birinci Birləşmiş Metodist Kilsəsində baş orqançı kimi çalışır.

AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN

Leave a comment