ABŞ-da fəaliyyət göstərən “A Level Education Group”un rəhbəri Ayan Əliyeva Merilend ştatının məktəbəqədər təhsil üzrə Hibrid Liderlik Assosiasiyasının simpoziumunda çıxış edib.
ABŞ-da fəaliyyət göstərən “A Level Education Group”un rəhbəri Ayan Əliyeva Merilend ştatının məktəbəqədər təhsil üzrə Hibrid Liderlik Assosiasiyasının simpoziumunda (“Maryland State Child Care Association Hybrid Leadership Symposium) çıxış edib.
Merilend ştatının Təhsil Nazirliyinin təşkilatçılığı ilə Kolumbiya şəhərində baş tutan simpoziumda rəsmi şəxslər, pedaqoqlar və mütəxəssislər iştirak ediblər.
Ayan Əliyeva məktəbəqədər təhsildə olan problemlər və bu istiqamətdə görüləcək işlərə dair düşüncələrini bölüşüb, eləcə də təkliflərini səsləndirib.
Simpozium çərçivəsində “A Level Education Group”un rəhbəri senator Meri L. Vaşinqtonla (Mary Washington) gorusub. Görüş zamanı təhsillə əlaqədar çatışmazlıqlar və yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, simpozium tələbələrin kollecdə və gələcək karyeralarında uğur qazanmaları üçün lazım olan bilik və bacarıqları əldə edə biləcəkləri dünya səviyyəli məktəblər sistemi yaratmaq məqsədilə təşkil olunub. “A Level Education Group” Merilend ştatının Təhsil Nazirliyinin lisenziyasına malik olduğundan və ştatda nüfuzlu məktəb kimi tanındığından, təhsillə bağll bu cür simpozium və tədbirlərə şəxsən dəvət olunur.
Ayan Əliyeva Bakı şəhərində Azərbaycan Dillər Universitetini, ABŞ-ın Çikaqo Universiteti, İngiltərənin “University of London” və Banqor Universitetlərini bitirib. Birləşmiş Krallığın Məzun Mükafatına (“Alumni Awards”), Azərbaycanda British Council tərəfindən təqdim olunan nüfuzlu “Məzun Mükafatları-2019”a layiq görülüb. Bu mükafatlar ona həm Azərbaycanda, həm də beynəlxalq miqyasda təhsil sektoruna verdiyi töhfələrə, eləcə də inklüziv təhsilin təşviqinə görə “Sahibkar kateqoriyası”nda təqdim edilib.
“A-Level Education Group” Azərbaycanda “Brooke House College Foundation” kurikulumuna əsaslanan rəsmi sertifikatlaşdırılmış Fond Proqramını təqdim edir. ABŞ-da “A-Level Minds” adlı uşaq bağçası və təhsil mərkəzi fəaliyyət göstərir. Hazırda ABŞ-da yaşayan azərbaycanlı uşaq və gənclərə Azərbaycan dilininin tədrisi ilə bağlı “Baku School USA” onlayn Azərbaycan dili məktəbi layihəsi üzərində iş aparılır.
O, “A-Level US Medical Externship” təşkilatının da təsisçisi və 2023-cü ilin iyul ayında yaradılan “Azerbaijani Association LLC” təşkilatının həmtəsisçisidir. Qeyd edək ki, bu təşkilatın digər həmtəsisçisi ABŞ-ın Virciniya ştatında yaşayan diaspor fəalı Sevda Tahirlidir.
AZƏRBAYCAN RESPUBLİKASININ DİASPORLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Source: STATE COMMITTEE ON WORK WITH DIASPORA OF THE REPUBLIC OF AZERBAIJAN
Leave a comment