Advertisements
Latest News

İvanka Tramp 15 yaşlı azərbaycanlı qızın ixtirasından danışdı

İvanka Tramp 15 yaşlı azərbaycanlı sahibkar qızın ixtirasını alqışlayır.

Milli.Az bildirir ki, ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, prezident Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.

Xanım Tramp çıxışında deyib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx.”

Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq – cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.

ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb. ABŞ Səfirliyi mədəniyyət və professional mübadilə proqramları, həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə Azərbaycanda sahibkarlara güclü dəstək göstərir. Qadın və qızlar lazımı təcrübə və imkanlar əldə etdikləri zaman onlar maliyyə baxımından azad olur və özlərinə güvənirlər. ABŞ Səfirliyi Reyhanın uğurunun dəstəklənməsində iştirak etməkdən və onun müstəsna nailiyyətlərinin işıqlandırmaqdan məmnundur.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: