Latest News

Azərbaycanın nar istehsalçılarının ABŞ-a səfərləri təşkil olunacaq

AZƏRTAC xəbər verir ki, bunu noyabrın 3-də Göyçayda keçirilən XII Nar festivalında iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, ABŞ uzun müddətdir nar istehsalının artırılması üçün Azərbaycanla əməkdaşlıq edir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda nar istehsalı ilə məşğul olan fermerlərin ABŞ-a səfərləri təşkil olunacaq. Onlar ABŞ-da kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinə qoşulacaq, müasir becərmə və istehsal prosesi ilə bağlı biliklərə yiyələnəcəklər. Həmçinin Azərbaycanın nar istehsalçıları ABŞ fermerləri ilə öz təcrübələrini bölüşəcəklər.

“Ölkənizdə narçılıq inkişaf etdirilir. Bu, çox yaxşı haldır. İlk dəfədir ki, Göyçayda oluram, gözəl şəhərdir. İnsanları mehriban və qonaqpərvərdir. Mən ilk dəfə burada eşitdim ki, Göyçayda narın 67 sortu yetişdirilir. Nar və onun qabığından 20-dən çox xəstəliyin müalicəsində istifadə olunur. Bu, çox möcüzəvi meyvədir”, – deyə Robert Sekuta bildirib.

Diplomat bu bayramda iştirak etməklə, indiyədək heç bir yerdə yemədiyi narın dadına baxmaq fürsəti qazandığını söyləyib: “Çox şadam ki, göyçaylılarla birgə bu gözəl məhsul bayramını qeyd edirəm. Burada insanların xarici qonaqlara isti münasibətini görürəm. Narçılıq gəlirli sahədir və düşünürəm ki, kəndlilər bu sahəni daha da inkişaf etdirməkdə maraqlıdır”.

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: