Advertisements
Latest News

ABŞ-ın ən böyük Ticarət Missiyası Azərbaycana gəlir

16-18 oktyabr tarixlərində Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti Azərbaycana gələn 14 ABŞ şirkətlərindən ibarət olan Ticarət Missiyasına rəhbərlik edəcək.

Day.Az xəbər verir ki,ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə istinadən verilən məlumata görə, Missiya 27 şirkətdən ibarət indiyə qədər Azərbaycana gəlmiş ən böyük ABŞ Ticarət missiyasıdır. Şirkətlər ticari sektorların geniş və müxtəlif sahələrini təmsil edir və burada olduqları zaman iki ölkənin iş adamları və iş adamları ilə-hökumət nümayəndələri arasında keçirilən görüşlərdə iştirak edəcək. Şirkətlər İqtisadiyyat Nazirliyi və AzPromo ilə də dəyirmi masa keçirəcək.

Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyalarının Müşaviri Vilyam Czajkovski və Xarici Özəl İnvestisiya Korporasiyasının İcraçı Direktoru Kenes Engıl də müşayiət edəcək. Onlar ABŞ-ın Azərbaycandakı səfiri Robert F.Sekuta ilə birlikdə, hökumət nazirlikləri ilə görüşüb Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞ investisiyalarını cəlb etmək üçün Azərbaycana necə kömək etmələrini müzakirə edəcək.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: