Advertisements
Latest News

“Bakı – 2015” Avropa Oyunlarının açılış mərasimi “Emmi” mükafatına layiq görülüb

Baku2015EuropeanGamesClosing“Bakı -2015” Avropa Oyunlarının açılış mərasimi “Emmi” mükafatına layiq görülüb. Bu barədə AZƏRTAC-a Azərbaycanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib. Oyunlar çərçivəsində Olimpiya idman növləri üzrə 16, qeyri-Olimpiya idman növləri üzrə 4 olmaqla, 20 idman növü üzrə yarışlar keçirilib. Avropa Oyunlarının açılış mərasiminin bədii rəhbəri Dimitris Papaioannudur (Yunanıstan).

S.Məmmədova deyib: “Nyu-Yorkda yerləşən Amerika Televiziya Akademiyası (Academy of Television Arts & Sciences) bu il martın 24-də elan edib ki, “Bakı – 2015” Avropa Oyunlarının açılış mərasiminin namizədliyini altı nominasiya üzrə irəli sürüb. Qaliblər aprelin 29-da Los-Ancelesdə elan edilib. “Bakı – 2015” Avropa Oyunlarının açılış mərasimi iki nominasiyada – işıq rejissoru və ən yaxşı səs “Sound mix” nominasiyalarında “Emmi” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Daytime Emmy Award” Nyu-York və Los-Anceles milli televiziya sənəti və elm akademiyalarının Amerika televiziyalarının gündüz proqramlarının qabaqcıl təcrübəsinin etiraf edilməsi əlaməti olaraq təqdim edilən mükafatdır. “Emmi” mükafatı “Oskar” (kino), “Qremmi” (musiqi) və “Toni” (teatr) mükafatlarının televiziya ekvivalentidir.

AzerTac

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: