Advertisements
Latest News

ABŞ-ın Virciniya ştatında 28 may tarixi rəsmi olaraq Azərbaycan Milli Günü elan edilib

AZERBAILANUSA FlagsABŞ-ın Virciniya ştatının qubernatoru Terense Makaulif (Terrence R. McAuliffe) Azərbaycanın milli bayramı – Respublika Günü ilə bağlı bəyanat imzalayaraq 2015-ci ilin 28 may tarixini rəsmi olaraq Azərbaycan Milli Günü elan edib.

Sənəddə 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin türk və müsəlman dünyasında ilk demokratik respublika kimi tarixə düşdüyü və bütün vətəndaşlarına bərabər hüquqlar vermiş ilk dövlətlərdən biri olduğu diqqətə çatdırılır. Həmçinin bu respublikanın həmin dövrdə dünyanın bir çox demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı vurğulanır.

Bəyanatda ölkəmiz ilə ABŞ arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilir. Bu əlamətdar günün Virciniyada yaşayan azərbaycanlı icmasının ştatın iqtisadiyyatının güclənməsinə və mədəni müxtəlifliyinə töhfəsini xüsusilə qeyd etmək üçün əlavə fürsət olduğu bildirilir.

AzerTAc

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: